Texniki Dəstək və Sistemlərin Təkmilləşdirilməsi
Mövcud veb sayt, mobil tətbiq, backend sistemi və server
infrastrukturlarının stabil işləməsi üçün texniki dəstək və
proqram təminatının inkişafı xidmətləri təqdim edirik.
Layihəniz başqa developer və ya şirkət tərəfindən hazırlanıbsa,
bu onun üzərində işləməyimizə mane olmur. Mövcud kod bazasını,
verilənlər bazasını və sistem arxitekturasını analiz etdikdən
sonra texniki vəziyyət barədə məlumat əldə edir və görüləcək
işləri müəyyənləşdiririk.
Sistemdə mövcud olan proqram xətalarının araşdırılması və aradan
qaldırılması, işləməyən funksiyaların bərpası və səhv nəticə verən
proseslərin düzəldilməsi həyata keçirilə bilər.
Mövcud sistemə yeni funksiyalar əlavə etmək mümkündür. Yeni
admin panel bölmələri, istifadəçi rolları, hesabat sistemi,
ödəniş inteqrasiyası, SMS xidməti, notification sistemi,
API endpoint-ləri və digər modullar hazırlana bilər.
Performans problemləri olan layihələrdə backend sorğuları,
database query-ləri, cache sistemi, server konfiqurasiyası
və digər mümkün səbəblər analiz edilir.
Server səviyyəsində yaranan deployment, domain, SSL, permission,
queue, cron, database və digər problemlərin araşdırılması və
aradan qaldırılması mümkündür.
Mövcud layihənin başqa hosting və ya serverə köçürülməsi,
production mühitinin hazırlanması və backup mexanizmlərinin
qurulması da texniki dəstək çərçivəsində həyata keçirilə bilər.
Davamlı texniki dəstək formatında biznesin ehtiyacları dəyişdikcə
mövcud sistem üzərində yeni funksiyalar mərhələli şəkildə
inkişaf etdirilə bilər.
Bu xidmət xüsusilə ayrıca proqramçı komandası olmayan, lakin
fəaliyyətində veb sayt və proqram sistemlərindən aktiv istifadə
edən şirkətlər üçün əlverişlidir.
Məqsəd sistemdə problem yarandıqda sadəcə müvəqqəti həll təqdim
etmək deyil, problemin səbəbini müəyyənləşdirmək və mümkün
qədər uzunmüddətli texniki həll tətbiq etməkdir.
Mövcud saytında texniki problem olan bizneslər; başqa developer tərəfindən hazırlanmış layihələr; mövcud sistemə yeni funksiyalar əlavə etmək istəyən şirkətlər; Laravel və digər backend sistemləri; server və deployment problemləri; uzunmüddətli texniki dəstəyə ehtiyacı olan bizneslər; performansı zəif olan layihələr; köhnə sistemini mərhələli şəkildə yeniləmək istəyən şirkətlər; ayrıca proqramçı komandası olmayan müəssisələr.
Capabilities covered by this service.
Other services we offer.
Veb Sayt və Veb Sistemlərin Hazırlanması
Biznesinizin rəqəmsal mühitdə peşəkar şəkildə təqdim olunması, müştər...
Mobil Tətbiqlərin Hazırlanması
Biznesiniz, startup layihəniz və ya mövcud rəqəmsal platformanız üçün...
Masaüstü Proqramların Hazırlanması
Müəssisənizin gündəlik iş proseslərini daha sürətli, dəqiq və idarəol...
Gəlin Növbəti Addımı Ataq.
Layihəniz haqqında bizə yazın, 1 iş günü ərzində sizə cavab verək.
Layihənizə Başlayın