Leader Global
Leader Global üçün hazırlanmış çoxistiqamətli korporativ veb platforma şirkətin biznes və investisiya, təhsil və daşınmaz əmlak sahələrində təqdim etdiyi xidmətləri vahid rəqəmsal mühitdə birləşdirir. Layihədə fərqli auditoriyalara xidmət edən üç əsas fəaliyyət istiqamətinin eyni brend altında qarışıqlıq yaratmadan təqdim olunması əsas məsələlərdən biri olub. Bunun üçün xidmətlər əsas kateqoriyalar və onların daxilində ayrıca alt xidmətlər şəklində strukturlaşdırılıb. Biznes və investisiyalar bölməsində biznesin qurulması, miqrasiya və yaşayış dəstəyi, beynəlxalq əməkdaşlıq və ticarət istiqamətləri təqdim edilir. Təhsil bölməsində kurslar kateqoriyalar üzrə idarə olunur və istifadəçi uyğun təhsil proqramlarını ayrıca nəzərdən keçirə bilir. Daşınmaz əmlak istiqamətində icarə, alqı-satqı, əmlak idarəçiliyi və investisiya xidmətləri ayrıca təqdim olunur. Platformada xidmət və kurs detail səhifələri, kateqoriya strukturu, müştəri rəyləri, əlaqə formaları və digər korporativ məlumat bölmələri vahid idarəetmə məntiqinə uyğun qurulub. Nəticədə bir neçə fərqli biznes istiqamətini eyni platformada idarə etməyə və təqdim etməyə imkan verən, gələcəkdə yeni xidmət və kateqoriyalarla genişləndirilə bilən korporativ veb sistem hazırlanıb.
Üç fərqli biznes istiqamətini idarə edən çoxfunksiyalı platforma
The Challenge
The Solution
Planning a Similar Product?
Tell us about your goals, challenges, and timeline. ExpressCore will help you define the right technical solution.
Layihənizə Başlayın